Qurban Qurbanov: "Çox ciddi komandaya qarşı oynayırıq"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin I turunda sabah Almaniyada "Frayburq"un qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Uzun illərdir burada olan baş məşqçiləri var. Futbolçular meydanda nə etməli olduqlarını ilk dəqiqədən son saniyələrə kimi bilirlər. Oyunun gedişində tez-tez rotasiyalara gedirlər. "Frayburq" çox maraqlı komandadır. Bu gün Bundesliqada liderdirlərsə, həqiqətən də çox ciddi komandaya qarşı oynayırıq. İlk oyunumuzdur, istəkliyik, həvəliyik. İstəyirik ki, bu cür komandalara qarşı yaxşı oyun keçirək. Öz istədiklərimizin heç olmasa yarını meydanda etməyə çalışacağıq. Futbolçularıma inanıram, oyuna hazırıq. İnanıram ki, sabah azarkeşləri yaxşı oyun gözləyir.

- Rəqib baş məşqçi uzun müddətdir bu komandaya rəhbərlik edir. Siz də həmçinin "Qarabağ"da uzun zamandır çalışırsız. Ona hazırladığınız hər hansı sürpriz var?

- Deməzdim ki, hər hansı sürpriz var. Nəyisə dəyişmək, sürpriz etmək istəyiriksə, bizə qarşı da onu gözləmək lazımdır. Həmişə futbolçulara demişəm ki, rəqibin bizə nə edəcəyinə hazır olmalıyıq. Özümüz meydanda nə edəcəyimizi bilirik. Qeyd etdiyiniz kimi rəqib baş məşqçinin zəngin təcrübəsi var, bu şəhərdə çox da sevilir. Oyunlarına baxırdım. Çox istəklə, həvəslə, soyuqqanlı şəkildə çalışır. Uzun illərdir etimadı doğruldub. Bizim ümumən fərqimiz var. İllərdir bu səviyyədə oynayırlar, böyük oyunlarda daha soyuqqanlıdırlar. Biz beləmatçlara çıxanda istər-istəməz həyəcan olur. Mən buna normal yanaşmışam. Rəqib hücumları necə dəf edəcəyimizi fikirləşməliyik. Bu, bəzən alınır, bəzən alınmır. Hər bir halda belə məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün həm maraqlıdır, həm rahatdır, həm də həvəsliyəm. Çalışacağıq ki, meydanda aktiv, dinamik olaq. Çempionatdan çempionata, komandadan komandaya çox böyük fərq var. Hər liqanın öz üstünlükləri var. Bundesliqanın da üstünlükləri odur ki, çox sadə, tez oynayırlar. Biz buna hazır olmalıyıq. İnanıram ki, maraqlı oyun olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right