UEFA-ya ümidli Fariz Nəcəfov: "Özüm də telefon əlaqəsi yaratmışam"

"Panatinaikos" kifayət qədər ciddi komandadır. Bilirdik ki, güclü komandalardan biri ilə düşəcəyik"

Newsport.az-ın məlumatına görə, bunu "report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Panatinakos" haqda fikirlərini bildirən vitse-prezident potensial rəqiblər arasında daha güclülərinin də olduğunu qeyd edib. O vurğulayıb ki, rəqib kifayət qədər uğuru olan komandadır: "Buna baxmayaraq, "Panatinaikos"u keçmək potensialımız var".

F.Nəcəfov III təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Apollon"la keçirilən qarşılaşmada yaşanan xoşagəlməz hadisələrə toxunaraq, bu cür halların baş verməməsinə çalışdıqlarını deyib: "Klubumuzun iki nümayəndəsi - Zaur Əzizov və Səbuhi Səfiyarlı Nyonda püşkatmada iştirak ediblər. Püşkatmadan sonra onlar "Panatinaikos" rəsmiləri ilə bu məsələni müzakirə edirlər.

Özüm də telefon əlaqəsi yaratmışam. Xoşagəlməz hadisələrin yaşanmamasına çalışırıq. Üstəlik, təhlükəsizlik məsələləri ilə bağlı UEFA-ya da müraciət edəcəyik. Həm "Qarabağ", həm də bizim ilk oyunumuz səfərdədi. Çalışacağıq ki, hər iki komanda eyni vaxtda səfərdə oynamasın. Lakin UEFA nə qərar versə, o da olacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right