Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un futbolçusu Hvan Uy Co Yunanıstan mətbuatına açıqlama verib.
Newsport.az-ın məlumatına görə, "Nottingem Forest"dən icarəyə götürülən 30 yaşlı hücumçu yer aldıqları qrupu dəyərləndirib. Cənubi koreyalı futbolçu rəqiblərinin güclü olduğunu deyib:
"İlk dəfə Avropa Liqasında oynayacağım üçün çox həyəcanlıyam. Rəqiblərimiz güclüdür, amma növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün heç bir səbəb görmürəm. Onlar güclüdür, amma biz də güclüyük. Qrup mərhələsi başlayana qədər inkişaf etməli, oyunlarımızı oynamalı və qollar vurmalıyıq. Onda şanslarımız olacaq".