"Qarabağ" və "Qəbələ"nin rəqibi müəyyənləşdi YENİLƏNİB

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşkatma mərasimdə 44 komanda iştirak edib. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olub.

Azərbaycanı bu mərhələdə iki komanda - "Qarabağ" və "Qəbələ" təmsil edib. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində davam etdirəcək. 

Artıq hər iki klubumuzun rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi pley-off mərhələsində İsveçrənin "Yanq Boyz", "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.



"Yanq Boyz" (İsveçrə) - "Qarabağ"  (Azərbaycan)

“Panatinaikos” (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right