"Qarabağ" biletlə bağlı azarkeşlərə müraciət etdi

"Qarabağ" Almaniyanın "Frayburq" klubuna qarşı Avropa Liqasının qrup mərhələsinin səfər oyununda komandaya dəstək olmaq istəyən azarkeşlərə müraciət edib.

Newsport.az Ağdam təmsilçisinin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, fanatlar oyun günü "Wolfswinkel" stadionunda N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

Satış saatları ilə bağlı ətraflı məlumat daha sonra veriləcək.

"Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right