Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununda İspaniya "Atletik"iylə qolsuz bərabərə qalaraq mübarizəni dayandıran "İnter"inbaş məşqçisi Zaur Svanadze qarşılaşma barədə danışıb.
Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis oyun barədə belə danışıb:
"Yaxşı oyun göstәrdik. Çox güclü rәqibә qarşı mübarizәyә görә futbolçularıma tәşәkkür edirәm. Artıq fikrimizi çempionat oyunlarına yönәltmәliyik.
Mәn rәqib mәşqçinin dediklәri ilә razılaşmıram. Biz hücuma da atılırdıq. Qol vurmaq istәyirdik, amma alınmadı. Rәqibin gücü hәr kәsә bәllidi. İstәyirdik ki, cütün taleyini dәyişәk. Mümkün olmadı. Fikrimcә, sona qәdәr döyüşdük".