Azərbaycanlı jurnalistlər "Apollon"un baş məşqçisini boykot etdilər

"Apollon"un baş məşqçisi Pedro Emmanuel Azərbaycanlı jurnalistlərə hörmətsizlik edib.

Newsport.az-ın məlumatına görə, Pedro "Qəbələ" ilə matçdan sonra (1:0) keçrilən mətbuat konfransına gələn vaxtının azlığından şikayətlənib.

Belə ki, o, ilk olaraq kiprli juralistlərin suallarını cavablandıracağını və daha sonra azərbaycanlıları dinləyəcəyini deyib. Bu isə yerli jurnalistlərin etirazına səbəb olub. Onlar mətbuat konfransını tərk edərək boykot ediblər.

Qeyd edək ki, "Apollon"nun baş məşqçisi oyundan qabaqki mətbuat konfransından da imtina etmişdi.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right