SON DƏQİQƏ: "Bakcell Arena"da bədbəxt hadisə

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Bakcell Arena"da keçirilən "Qəbələ" - "Apollon" görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb.

Newsport.az-ın məlumatına görə, Kipr bayrağını cırmağa çalışan "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib. Müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb. Ağır xəsarət alan azarkeşə həkimlər tərəfindən yardım göstərilir. Hal-hazırda durumu ağır olan zərərçəkən hələ də özünə gəlməyib.

Qeyd edək ki, 1:0 hesabı ilə qələbə qazanan "Qəbələ" komandası “pley-off”a vəsiqə qazanıb.(İdmanxeber.com)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right