Cavid Hüseynov cəzalı duruma düşdü

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında hazırda "Qəbələ" Kiprin "Apollon" klubunu qəbul edir.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın 34-cü dəqiqəsində "Qəbələ'nin kapitanı Cavid Hüseynovla qonaqların 26 nömrəli oyunçusu Fotis Papoulis arasında gərginlik yaşanıb.

Buna görə qarşılaşmanın baş hakimi Duarte Qomes hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb. Bununla da Cavid üçüncü sarı vərəqəsini alaraq limitini doldurub. Təmsilçimiz mərhələyə adlayacağı halda kapitan "Qəbələ"yə növbəti oyunda kömək edə bilməyəcək.

Qeyd edək ki, Hüseynov bundan əvvəl birinci təsnifat mərhələsində  "Dinamo" (Tiflis) ilə Qəbələdə keçirilən cavab görüşündə və ikinci təsnifat mərhələsində Serbiya "Çukariçki"si səfərdə oynanılan ilə ilk matçda sarı vərəqə alıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right