Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də “pley-off” üçün mübarizə aparacaq.
Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşacaq.
İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var. İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir.
Qarşılaşma saat 21:00-da başlayacaq.
6 avqust
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) 1-0
Qol:Cavid Hüseynov(pen) 80(1-0)
İlk oyun-1:1
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı. 8-ci kilomtr qəsəbə stadionu