Zaur Svanadze: "Zərrə qədər də olsa, ümidim var"

"Komanda cavab görüşünə hazırdır və zədəli futbolçumuz yoxdur. "Atletik" komandasına yaxşı müqavimət göstərməyə hazırlaşırıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Atletik"lə (Bilbao) cavab oyunu öncəsi  deyib.


O, mərhələ keçəcəklərinə ümidi olduğunu bildirib: "Zərrə qədər də olsa, ümidim var. Bu futboldur və hər şey ola bilər. Azarkeşlərimiz var və onların dəstəklərini gözləyirik".

Z.Savanadze bildirib ki, klubda maliyyə problemləri olsa da, maaşlar ödənilib və futbolçular cavab görüşünə motivasiya ilə çıxacaq.
O, komandanın yeni transferi Ruslan Əmircanovdan da danışıb: "Hələ Ruslan oyuna hazır deyil və məşqlər edir. Bir müddətdən sonra onun hansı formada olub-olmamasına baxacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right