"Bu, "Apollon"un adına ləkədir" – Roman Qriqorçuk

“Çox çətin oyun olacaq. Rəqibin təhlükəli, sürətli futbolçuları var. Biz ilk oyunu unutmuşuq. Sabahkı qarşılaşmanı düşünürük”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnfat mərhələsinin “Apollon”la cavab matçı üçün təşkil olunmuş mətbuat konfransında deyib.

- “Apollon”la ilk oyunun hakimi sizin həmyerliniz Boyko idi. Maraqlıdır ki, sabahkı oyuna rəqib komandanın baş məşqçisinin həmyerlisi – portuqaliyalı  Duarte Nunu təyin edilib. Bu, sizi narahat etmir ki?

- Xeyr, narahat deyiləm. Hakimləri UEFA təyin edir. Düşünmürəm ki, hakimləri təyin edəndə nəyisə nəzərə alırlar. “Apollon”la ilk oyundan əvvəl də demişdim ki, Boyko yaxşı hakimdir. Oyunda da o, bunu sübut edir. Sabahkı hakimi tanımıram. Ancaq bilirəm ki, hər bir hakim öz nüfuzunu qorumağa çalışmalıdır. Bu cür hallara peşəkarcasına yanaşmalıyıq. 

- Psixoloji cəhətdən komandada durum necədir? Əgər “Qarabağ” və “İnter”  bugünkü oyunda mübarizəni dayandırsa, “Qəbələ” isə yoluna davam etsə, onda sizin komandanız avrokuboklarda yeganə təmsilçimiz olacaq. 

- İstəməzdim ki, oyunçularımız da sizin kimi fikirləşsin. Biz bu gün “Qarabağ”a azarkeşlik edəcəyik. İstərdim ki, Azərbaycanın hər üç klubu mərhələ keçsin. Bu, bizim üçün də yaxşı olar. 

- Cavid Hüseynov cəzalandırılsa, planınızda hansısa dəyişiklik olacaq?

-  Cavidin oynamağını həmişə istərdim. İlk öncə kiprli azarkeşlərin vəhşiliyindən danışmaq istəyirəm. Hakimin penalti qərarından sonra kiprli fanatlar futbolçularımızın üzərinə butulka, alışqan və digər əşyalar atmağa başladılar. Hansı ki, hakim yüz faiz düzgün qərar vermişdi.  XXI əsrdə bu cür vəhşilik etmək nə dərəcədə düzgündür? Təsəffür edin ki, atılan butulka bizim futbolçuya dəyib onu həyatdan məhrum edə bilərdi. Azərbaycan bayrağını təhqir etdilər. Bu, Kipr üçün rüsvayçılıqdır. Eləcə də “Apollon”un adına ləkədir. Mən hələ futbolda belə şey görməmişəm. UEFA cəza versə, birinci bu, “Apollon”a tədbiq edilməlidir. Əslində Kiprdə baş verən vəhişikdən sonra hakim rəqibə texniki məğlubiyyət verməli idi. Başqa bir dövlətin bayrağını yandırmaq insanlığa sığmır. 


- Sabah mərhələni keçsəniz, "aerodrom kepka" taxacaqsınız?

- Əlbəttə.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right