"Qəbələ" avqustun 6-da "Bakcell Arena"da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubu ilə cavab matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, ənənəyə uyğun olaraq, oyundan bir gün öncə komandalar matçın baş tutacağı arenada son məşqə çıxacaqlar, baş məşqçilər isə mətbuat konfransı keçirəcəklər.
Lakin "Apollon"un baş məşqçisi Pedro Emanuel Bakıda jurnalistlər önünə çıxmaqdan imtina edib. Onun komandası "Bakcell Arena"da 20:00-da məşqə çıxacaq.
Roman Qriqorçukun mətbuat konfransı isə saat 20:30-da start götürəcək. "Qəbələ" saat 21:00-dan etibarən açıq məşqə çıxacaq.
Qeyd edək ki, "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlayacaq.