Öncə Ernesto Valverde,sonra Zaur Svanadze

Məlumat verdiyimiz kimi, avqustun 6-da "İnter" komandası İspaniyanın "Atletik-Bilbao" komandasını qəbul edəcək.

Newsport.az-ın məlumatına görəAvropa Liqasının üçüncü mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmadan əvvəl komandaların oyunöncəsi mətbuat konfransları keçiriləcək. "İnter" komandasının baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı saat 20.00-da, rəqib komandanın baş məşqçisi Ernesto Valverdenin mətbuat konfransı isə 18.30-da başlayacaq.

Qeyd edək ki, "İnter" komandasının məşqi 20.30-da, "Atletik-Bilbao" komandasının məşqi isə saat 19.00-da baş tutacaq.
 
Əlavə edək ki, məşqlərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right