UEFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarımçıq dayandırılan "Kukesi" (Albaniya) - "Legiya" (Polşa) matçı ilə bağlı qərarını verib.

Newsport.az-ın məlumatına görə, meydan sahibi komandaya 0:3 hesablı texniki məğlubiyyət edib. Buna qarşılaşma zamanı "Kukesi" azarkeşlərindən birinin etdiyi hərəkət səbəb olub.

Qeyd edək ki, sözügedən matçın ikinci hissəsinin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb.  Baş verənlərə görə görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right