UEFA Cavid Hüseynovla bağlı qərarını nə vaxt açıqlayacaq?

Xəbər verdiyimiz kimi, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" ilə qarşılaşan "Apollon" komandamızın üzvü Cavid Hüseynovun cəzalanması üçün UEFA-ya şikayət etmişdi.

Newsport.az-ın məlumatına görə, UEFA Nizam-İntizam Komitəsi Kipr klubunun şikayətinə avqustun 5-də baxacağını açıqlayıb.

Qeyd edək ki, "Apollon" tərəfi qarşılaşmanın 15 dəqiqə dayanmasını məhz Cavidin jesti ilə əlaqələndirib. Halbuki, əsl olaylar penalti zərbəsi təyin olunan kimi başlamış, kiprli azarkeşlərdən bəzisi meydana çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right