İspaniya "Atletik"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü öncəsi Bakının "İnter" klubunun futbolçuları maaşlarının verilməsinə etiraz ediblər.
Newsport.az-ın məlumatına görə, futbolçular Azərbaycan Beynəlxalq Bankının nümayəndəsinin onlarla görüşə gələcəyi düşüncəsi ilə məşqə çıxıblar.
Lakin onlar qarşılarında yenidən klub prezidenti Georgi Nikolovu görüblər. Məşqdən sonra stadionun mərkəzində komandandanı bir araya toplayan Nikolov onlara yenidən ümid verib. Bütün bunlara baxmayaraq, vəziyyət oyun gününə qədər həllini tapmasa, futbolçular "Atletik" önünə çıxmaqdan imtina etməyi düşünürlər.
Qeyd edək ki, "İnter" Avroliqanın ilk 3 mərhələsində Albaniya "Laçi"si, İslandiya "Hafnarfyördur"u və İspaniya "Atletik"i ilə səfər matçlarına AFFA-nın vəsaiti hesabına yollanıblar. "Atletik"lə qarşılaşma "bankirlər"in 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Cavab görüşü avqustun 6-da "İnter Arena"da keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.(futbol11.az)