Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”i ilə cavab oyununa hazırlaşan “Atletik”in baş məşqçisi Ernesto Valverde heyətlə bağlı müəyyən dəyişikliklər etmək qərarına gəlib.
Newsport.az-ın məlumatına görə, “Osasuna”ya yoldaşlıq görüşündə uduzan (0:2) bilbaoluların çalışdırıcısı Azərbaycandakı görüşə “San Mames”də şans verdiyi heyəti buraxmaq istəmir.
Belə ki, təcrübəli məşqçi ilk oyunda meydana buraxdığı Karlos Qurpeqi və İbai Qomesi Bakıya gətirmək fikrində deyil. Bundan əlavə, zədəli Mikel Riko da heyətdən kənarda qalacaq. Əvəzində “San Mames”dəki matçda ehtiyatda qalan komandanın əsas qapıçısı Qorka İraisosun bu dəfə “11-lik”də yer alacağı gözlənilir.
Bakıya gələcək heyətdə Qorka Elustondo, Borxa Viquera, Ager Aketxe, Aymerik Laporte, İniqo Lekue, Mikel San Xose, İniqo Ruiz de Qalarreta, Gilyermo Fernandes, Sabin Merino, Kike Sola kimi futbolçular yer alacaq. “İnter”lə cavab qarşılaşması Qalarreta, Merino və Fernandes üçün baş məşqçinin etimadını qazanmaq mənasında sonuncu şans ola bilər. Onlar əsas heyətə düşməyə layiq olduqlarını sübut etmək üçün bu görüşdə Valverdenin etimadını doğrultmalıdılar.