Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - “Apollon” oyununa hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlərə tapşırılıb.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
6 avqust
21:00. "Qəbələ" - "Apollon" (Limassol, Kipr)
Baş hakim: Duarte Nunu Pereyra Qomes (Portuqaliya)
Baş hakimin köməkçiləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (hər ikisi Portuqaliya)
Dördüncü hakim: Brunu Migel Duarte Payxao (Portuqaliya)
Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
Bakı, "Bakcell Arena"
İlk oyun – 1:1