“Qəbələ” klubu Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la ilk oyununda baş verən qalmaqala münasibət bildirib.
Newsport.az-ın məlumatına görə,klubun meneceri Səməd Nəsibov Cavid Hüseynovun bərabərlik qolundan sonra rəqib azarkeşlərə ünvanlanan jestinə də aydınlıq gətirib.
O, komandanın kapitanını bu hərəkətinə görə qınamağın düzgün olmadığını deyib:
“Doxsan dəqiqə rəqibin azarkeşləri ünvanımıza söyüşlər yağdırdı. Cavidi də başa düşmək lazımdır. Kiprdə o atmosferi görməyən insan Cavidi başa düşməz. Mübarizəni biz yox, futbolçular aparır. Cavidin bu jesti həm bayrağımızın, həm də komandamızın təhqir olunmasına cavab idi. Cavid əsl kapitan kimi sona qədər mübarizə apardı və həlledici məqamda məsuliyyəti üzərinə götürdü. Penalti zərbəsini dəqiq yerinə yetirdi. Məncə, bunu daha çox qabartmaq lazımdır, nəinki onun jestini”.
Xatırladaq ki, “Qəbələ” Kipr səfərindən 1:1 hesablı bərabəliklə qayıdıb.(Qol.Az)