"Apollon"un baş məşqçisi: "Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi"

Avropa Liqasının ilk oyununda doğma meydanda “Qəbələ”ni uda bilməyən "Apollon"un baş məşqçisi Pedro Emanuel Aqarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, hakimlikdən də narazı qalıb:

"Yaxşı rəqibə qarşı gözəl oyun sərgilədik. Biz 5-ci oyunumuzda top buraxmamağa yaxın idik, ancaq sonda bundan məhrum olduq.

"Rəqib baş məşqçinin komandasının qol vuracağına əmin olması, məni alternativ nəsə düşünməyə vadar edirdi.

 Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi. Referi "Qəbələ"nin cavab qolunu vuran futbolçunun ədəbsiz jestini görsə də, onu cəzalandırmadı. Əksinə onlara tərəf qaçaraq aranı sakitləşdirməyə çalışdı. Bununla belə, hələ heç nə bitməyib. Cavab matçında qələbəyə oynayacağıq. Səfərdə yaxşı oynasaq, mərhələni keçəcəyik".  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right