"Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq"

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Atletik"ə uduzduqları görüşdən (0:2) sonramətbuat konfransında oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis ispanlara Bakıda çətin olacağın bildirib:

"Bacardığımızı etdik. Lakin rəqib çox güclü idi və "Atletik" layiqli qələbə qazandı.

Bu məğlubiyyətdən sonra mərhələ keçmək şansımız azdır. Lakin bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi futbolçularım ilk dəfə idi ki, belə stadionda oynayırdı. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Cavab matçında atmosferin tamamilə başqa olacağını deyə bilərəm. Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right