"Hakimlər oyunu yüksək səviyyədə idarə etdi" – Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la 1:1 bərabərə qaldıqları oyunun hakimliyi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında həmyerlilərinin oyunu yüksək səviyyədə idarə etdiyini bildirib:

"Sergey Boyko Ukraynanın ən yaxşı hakimlərindən biridir. Mənimlə razılaşmaya bilərsiniz. Ancaq Boyko və briqadası oyunu yüksək səviyyədə idarə etdi. Penalti epizoduna gəlincə mən görmədim, amma futbolçularım qayda pozuntusunun olduğunu dedi". 
 
Qeyd edək ki, ukraynalı hakim Sergey Boykonun matçın son dəqiqələrində təyin etdiyi penaltidən sonra "Qəbələ" Cavid Hüseynovun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right