Bu gün Avropa Liqasında III təsnifta məırhələsinin ilk görüşləri çərçivəsində "İnter" və "Qəbələ" ilk matçlarına çıxacaqlar.
Newsport.az-ın məlumatına görə, "Qəbələ" Kiprdə "Apollon"un, "İnter" İspaniyada "Aletik"in qonağı olacaq. "Apollon" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da "İdman Azərbaycan"ın cnalı yayımında olacaq.
Bilbaoda baş tutacaq "Atletik" - "İnter" matçının isə ölkəmizdə yayımı gözlənilmir. Əgər yerli telekanallardan heç biri bu matçı yayımlamasa o zaman qarşılaşmanın linkini saytımızda yerləşdirəcəyik. Qeyd edək ki, oyun saat 23:45-də başlayacaq.