"Qəbələ" səfərdən sərfəli nəticə ilə dönür YENİLƏNİB

"Qəbələ" klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Kiprdə "Apollon"un qonağı olacaq.

Daha öncə "Dinamo" (Tiflis) və "Çukariçki"ni (Serbiya) mübarizədən kənarlaşdırmaqla tarix yazan "Qəbələ" bu uğurun davamını gətirmək niyyətindədir. Bunun üçün "qırmızı qaralar" səfərdən sərfəli nəticə ilə qayıtmalıdır.

"Dinamo" və "Çukariçki" ilə səfər görüşlərində rəqibinə uduzan "Qəbələ" cavab matçında həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Qəbələ təmsilçisinin bu dəfə səfərdən hansı nəticə ilə qayıdacağı maraqla gözlənilir. "Apollon" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 

 

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:00. "Apollon" (Kipr) - "Qəbələ" (Azərbaycan) 1-1

Qollar: Kolokoudias, 14 (1:0), Cavid Hüseynov, 90+5-pen, (1:1)
Hakimlər: Sergey Boyko, Aleksandr Korniyko və Vladimir Volodin (hamısı Ukrayna)
Larnaka. "Antonis Papadopoulos" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right