"Atletik" - "İnter"ə qalib gəldi YENİLƏNİB

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Bakının "İnter" klubu Bilbaoda "Atletik"in qonağı olacaq.

"Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaq. Lakin "İnter"in rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik"dir.

2011/2012 mövsümündə Avropa Liqasının finalında oynayan "Atletik" bu görüşün favoriti hesab olunur. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilir. "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 



30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Azərbaycan) 2-0

Qollar: Eraso, 12 (1:0), 49 (2:0)
Hakimlər: Stavros Tritsonis, Kristos Akviros və İlias Alekseas (hamısı Yunanıstan)
Bilbao. "San Mames" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right