"İnter"ə qarşı oynamaq bizə asan olmayacaq"-Ernesto Valverde

"İnter" bizim üçün tanış rəqib deyil. Ancaq onların son matçlarını, həmçinin ötən mövsümkü oyunlarının videoyazılarını izləmişəm. Rəqibin heyətində dəyişikliklər baş verib. Komandaya yeni futbolçular cəlb olunub. Buna baxmayaraq, "İnter" iki mərhələ adlayıb. Ona görə də onlara qarşı oynamaq bizə asan olmayacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Atletik"in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsində "İnter"lə keçiriləcək ilk oyunöncəsi baş tutan mətbuat konfransında deyib.  

Təcrübəli mütəxəssis komandasının Bakıya rahat yollanması üçün bugünkü görüşdə mütləq qələbə qazanmağa çalışacağını bildirib: "Nəticə önəmli deyil. Ancaq Bakıya rahat yollanmaq istəyirik. Çünki Bakıda bizi nə gözlədiyini bilmirik. Ona görə də bu görüşdə mütləq qələbə qazanmalıyıq. Futbolçularıma inanıram və onlardan yaxşı nəticə gözləyirəm. Doğma meydanda azarkeş amili də önəmlidir. "İnter"lə görüşdə onların dəstəyinə ehtiyacımız olacaq".

Qeyd edək ki, bu gün Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right