"Hər şey yaxşıdır. İkinci təsnifat mərhələsini keçəndən sonra komandada özünəinam yaranıb. Çox çətin rəqibimiz var. Maraqlı oyun olacaq. Bu matçda əlimizdən gələni edəcəyik. Ən azından sona qədər mübarizə aparacağıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin futbolçusu Səlahət Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Atletik"lə (Bilbao) oyun öncəsi klubun telekanalına deyib. Komandanın kapitanı yaxşı oyun nümayiş etdirməyə çalışacaqlarını vurğulayıb: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik".