FİFA referirimiz Əliyar Ağayev Avropa Liqasının oyunlarına təyinat alıb.
Newsport.az-ın məlumatına görə, Ağayev "Vorskla" (Ukrayna) - "Jilina" (Slovakiya) cavab matçını idarə edəcək.
Ə.Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Rəhim Həsənov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Vorskla" - "Jilina" oyunu avqustun 6-ı saat 22:00-da başlayacaq.