"Qəbələ" - "Apollon": hakimlər bəlli oldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Bakıda keçiriləcək oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. 
 
Matçın baş hakimi olacaq Duarte Qomeşə həmyerliləri Luiş Kampoş və Venansio Tome köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Bruno Payxao yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Apollon" oyunu avqustun 6-da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right