İspaniyanın "Atletik" klubunun müdafiəçisi Mikel San Xose Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Arxayınlaşsaq, hər şey ola bilər. Hədəfimiz cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir. Bizi yeni mövsümə çox vacib start gözləyir. Start oyunu öncəsi qətiyyən arxayınlaşmaq olmaz".