"Bakıdakı məğlubiyyətin yeganə səbəbi cəsarətsiz oynamağımızdadı"

“Bakıdakı oyunda meydana sonradan daxil olmağım zədəylə bağlı idi. Risk etməmək üçün məni ehtiyatda qalmağım m məqsədəuğun sayılmışdı”.

Newsport.az-ın məlumata görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu İqor Matiç deyib.
 
Çukaritsa təmsilçisinin kapitanı Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. O, 0:2 hesablı məğlubiyyətin səbəbini də etiraf edib: “Lakin 0:2 hesabı ilə geridə olduğumuzdan meydana daxil olmağa məcbur idim. Lakin cəmi 5 dəqiqə oynayıb, ağrılar hiss etdim. Matçı da bu vəziyyətdə keçirdim. Hətta 89-cu dəqiqədə qol vurub, oyunda dönüş də yaratmağa yaxın idim. Çox təəssüf ki, alınmadı. Bakıdakı məğlubiyyətin yeganə səbəbi cəsarətsiz oynamağımızdadı. Qələbəni qazanmaq üçün ona layiq olmalı idik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right