"Hamımız bir olduq, xarakter göstərdik"-Cavid Hüseynov MÜSAHİBƏ

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Newsport.az-a müsahibə verib:

 

- Matçla bağlı nə deyəcəksən?
- İndi deyəcəklər udub belə deyir, amma Belqraddakı oyundan öncə də demişdim ki, orada ot örtüyü heç də yaxşı vəziyyətdə deyildi. Adicə paltardəyişmə otağı pis durumda idi. Oyuna da bir az boş çıxdıq. “Çukariçki” də xarakter nümayiş etdirdi. Onların futbolu bizdən elə də güclü deyildi. Atletik futbola üstünlük verirdilər, biz isə kombinassiyalı gedişlər edək. Futbolu bir az gözəlləşdirməkl istəyirdik. Mən bilirdim ki, biz “Çukariçki”dən güclüyük. Amma futbolda elə anlar olur ki, hər zaman güclü qalib gəlmir. Azarkeşlər də sağolsun, bizə sonacan dəstək oldular. Hamımız bir olduq, xarakter göstərdik. Bu da nəticə gətirdi.

 

- Komanda nəsə ağır görünürdü. Yorğunluq var idi elə bilki...
- Təbii məsələdi. Biz Qəbələdə oynayırıq və oranın havasına öyrəşmişik. Bakının havasına çox da öyrəşməmişdik, adam bir az çətinlik çəkir. Meydanda daha çox hərəkət etməyimiz tapşırılmışdı. İstər-istəməz yorulur.

 

- Bir-iki epizodda Aleksey Antonov irad bildirdin. Sonradan Roman Qriqorçukla da nəsə söhbət etdin...
- Axırıncı dəqiqələr idi və hesabda da öndə idik. Ona görə bir az arxaya çəkilmişdik. Ona görə məcbur idim nəsə deməyə. Bir-birimizi başa düşmürdük son dəqiqələrdə. Ona deyirdim ki, bizə yaxın oynasın, çünki biz arxaya oturmuşduq. Deyirdim ki, heç olmasa rəqibə mane olsun.

 

- Amma Arif Daşdəmirovla Samir Zərgərov bir az azarkeşləri əsəbləşdirdi. Arif iki epizodda qapıya düşə bilmədi, Samir isə ötürmələrdə gecikirdi...
- Şükürlər olsun ki, şanslarımız olur. Belqradda pis oynasaq da, şanslarımız var idi. Bu yaxşı amildi. Şanslardan yararlana bilmirik. Sanki axırıncı nöqtəni qoya bilmirik. Yəqin onun üzərində daha çox işləmək lazımdı.

 

- "Apollon” haqda nə bilirsən?
- Heç bir məlumatım yoxdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right