Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Atletik" - "İnter" matçının hakimləri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Bilbaoda keçiriləcək oyunu yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Stavros Tritsonis olacaq. Ona həmyerliləri Kristos Akviros və İlias Alekseas köməklik edəcək. İlias Spathas isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da İspaniyada keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.