"Çukariçki" ilə matçda "Qəbələ"nin iki qoluna imza atan Sergey Zenyov matçdan sonra Newsport.az-a açıqlama verdi. Eston oyunçu matç haqda danışdı: "Yaxşı oynadıq. Düzdü, Belqradda uduzduğumuza görə Bakıdakı matçın çətin keçəcəyini bilirdik.
İlk dəqiqələr hardasa çətin keçdi. Çünki rəqib də oynamağımıza imkan vermirdi. Amma sonradan öz oyunumuzu oynadıq və qələbə qazandıq".
Zenyov vurduğu qollar barədə də fikir bildirdi: "Qol vurmaq istəyirdim. Oyundan öncə də bu haqda fikirləşirdim, özümü hazırlamışdım. Yaxşı ki, hər şey bizim üçün yaxşı bitdi".