"İnter"in sahibi, Beynəlxalq bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb.
Newsport.az-ın məlumatına görə, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.
Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən C.Hacıyev "İnter"in tarixi uğuruna şahidlik edib.
Qeyd edək ki, öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.