"Belqraddakı oyuna arxayın çıxmışdıq"-Cavid Hüseynov

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Newsport.az-ın məlumatına görə, o, komandasının 2:0 hesabıyla qalib gəldiyi qarşılaşmadan (ilk oyun 0:1) sonra bunları söyləyib:

"Bu gün çox yorulduq. Belə bir oyundan sonra yorğun olmamaq mümkün deyil. Yaxşı oynadıq. Elə bilərsiniz ki, qələbə qazandığımıza görə belə deyirəm. Belqradda zəif çıxış etməyimizin əsas səbəbi isə qazonun pis vəziyyətdə olması idi. Hətta paltardəyişmə otaqları da idealdan uzaq idi. Belqraddakı oyuna arxayın çıxmışdıq. Rəqib isə o qədər də güclü oyun göstərmədi. Sadəcə, xarakter nümayiş etdirdilər və atletik futbol sərgilədilər. Biz onlardan güclü idik. Amma reallıq budur ki, futbolda heç də həmişə güclü olan qalib gəlmir. Bu dəfə isə layiqli qələbə qazandıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right