Qudyonsson: "Bu, qeyri-peşəkarlıq nümunəsi deyil"

"İnter" - "Hafnarfyordur" qarşılaşmasından sonra İslandiya təmsilçisinin baş məşqçisi Heymir Qudyonssonun mətbuat konfransı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, adalıların çalışdırıcısı təyyarəyə gecikdiklərini əsas gətirərək, yalnız oyun haqda fikirlərini bildirdi və 1 sualı cavablandırdı.

- Baxmayaraq ki, ilk yarıda qapımızda qol gördük, fasilədən sonra toparlana bildik. Rəqib qapısından 2 top keçirdik. Təəssüf ki, azlıqda qaldıq və uğurumuzun davamını gətirə bilmədik. Hər halda yetirmələrim bacardıqlarının ən yaxşısını nümayiş etdirdilər. 
 
- Futbolçularınız İslandiyada da "İnter"in oyunçularını təxribata sövq edirdilər, bu, Bakıda da müşahidə olundu. Bu, İslandiya futbolunun markasıdı?
- Bu, qeyri-peşəkarlıq nümunəsi deyil. Sadəcə, avrokubok yarışmasıdı, sərtlik qaçılmazdı. Hesab bərabərləşdikdən sonra isə azərbaycanlı futbolçuların oyunu uzatmaq cəhdləri yetirmələrimin ürəyincə ola bilməzdi. Futbolda bu cür hallar təbiidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right