"Belə açıq oyuna hazır deyildik"-"Çukariçki"nin baş məşqçisi

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
 
Newsport.az-ın məlumatına görə, təmsilçimiz "Qəbələ" səfərdə uduzduğu (0:1) Serbiya "Çukariçki"si evdə 2:0 hesabı ilə üstələyərək, 3-cü mərhələyə vəsiqə qazanıb.

"Bakcell Arena"da keçirilən oyundan sonra qonaq komandanın baş məşqçisi Vladan Miloyeviç məğlubiyyəti belə çərh edib: 

“120 dəqiqəlik oyuna hazır idik. Amma belə açıq oyuna hazır deyildik. “Qəbələ”nin bu cür oynayacağını gözləmirdik. Bakıya 1 qol vurmaq üçün gəlmişdik. İşimizin rahat olması üçün bu qolu axtarırdıq. Əfsuslar olsun ki, istəyim baş tutmadı. Qol şanslarımızdan lazımınca yararlansaydıq, oyunu qələbə ilə bitirə bilərdik. Rəqib hər 2 qolu sırf oyunçularının fərdi, peşəkarlıq səviyyəsinin hesabına vurdu. Bir daha göründü ki, heç bir səhv bağışlanmır. Bəxt bizim üzümüzə gülmədi, buna görə də mübarizəni dayandırdıq. “Qəbələ”ni təbrik edirəm, öz oyunçularımı da yaxşı oyun münasibətilə təbrik edirəm. Rəqibin heyətində bir oyunçunu fərqləndirmək istəməzdim. “Qəbələ” ümumilikdə yaxşı komandadı, heyətində güclü futbolçular çoxdu”.
 
Çalışdırıcı “Qəbələ”nin növbəti mərhələdəki şansını da dəyərləndirib: “Apollon” komandasının heyətindən məlumatlı deyiləm. Amma güclü əcnəbi oyunçularının olduğunu bilirəm. Bəxt kimin üzünə güləcəksə, o da sevinən tərəf olacaq. Onu da qeyd edim ki, Serbiya çempionatının ilk turunda derbi oyunu keçirdik. 40 dərəcə istidə oynadıq, çətin matç keçdi. Yol yorğunluğunun da məğlubiyyətimizə təsiri oldu”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right