Rövnəq Abdullayev: "Bizi bir az silkələdilər, amma hər şey yaxşıdır"

"Matç barədə fikirlərim yaxşıdır. Gözəl oyun oldu. Bizi bir az silkələdilər, amma hər şey yaxşıdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ"nin "Çukariçki"yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldiyi oyunu şərh edərkən deyib.

O, hazırda əlavə vaxt oynanılan "İnter" - "Hafnarfyordur" matçı haqda da danışıb:

"İnter" bir az qanımızı qaraldıb. Görək, Bakı klubunun oyunu necə olacaq".

R.Abdullayev növbəti mərhələyə yüksələn komandalarımızı təbrik edib:

"Bu nəticələri Azərbaycan futbolu üçün rekord hesab etmək düzgün deyil. Oynamalıyıq da... Rekord onda olar ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksələk".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right