Taleh Heydərov: "Sevincimizin həddi-hüdudu yoxdu"

"Biz də çox həyəcanlı idik. Şadıq ki, mərhələni keçdik. Klub tarixində ilk dəfədi ki, ikinci mərhələni keçirik. Çox sevincliyik, sevincimizin həddi-hüdudu yoxdu. Müəyyən səhvlər buraxdıq. Bu da təbiidir. Çünki "Qəbələ"də yeni oyunçular var. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır.  Hesab edirəm ki, yeni transferlər daha çox oynadıqca hər şey yaxşı olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çukariçki"yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçdan sonra jurnalistlərə deyib.

O, Serbiya klubundan daha yaxşı oynadıqlarını vurğulayıb:

"Komandamızın yaxşı potensialı var. Biz də bunu nəzərə alaraq, onlara daha yaxşı dəstək oluruq. Çünki komadandamıza inanırıq. Futbolçular öz güclərini tam göstərə bilsələr, daha da irəli gedə bilərlər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right