"Qəbələ" - "Çukariçki" matçına nə qədər bilet satılıb?

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Serbiyanın "Çukariçki" klubu arasındakı cavab matçına bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi bu oyun üçün 10 200 bilet satışa çıxarmışdı.

Klubdan aldığımız məlumata görə, artıq biletlərin 4500-ü satılıb. Oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.

Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" matçı "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right