"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Newsport.az-a müsahibə verib:
- Oyunla bağlı nə deyəcəksiz? -
Bilirsiz ki, Belqraddakı oyundan sonra məğlub duruma düşmüşük. Komanda Belqradda öz oyununu tapa bilmədi. Amma bu dəfə doğma divarlar arasında oynayırıq. Bu da uşaqlar üçün stimul olacaq. İnanıram ki, uşaqlar özlərində güc tapacaq və qələbə qazanmaq üçün hər şey edəcəklər. Növbəti mərhələyə adlamaq bizim üçün çox vacibdi.
- Məlum cəza üzündən futbolçulardan hər hansı ruh düşkünlüyü hiss olunmurki?
- Bir az öncə futbolçularla görüşdük və danışdıq. Bir oyun, 90 dəqiqə çıxıb meydanda nəyimiz var qoymalıyıq. Mənə lazım olan futbolçuların meydanda göstərəcəkləri xarakterdi. Rus demişkən “çerez ne moqu” etməliyik. İnanıram ki, futbolçularımız lazımı nəticəni qazanmağa qadirdi.
- Baş məşqçi mətbuat konfransında çox əmin danışırdı. halbuki sizin də dediyiniz kimi komanda səfərdə çox zəif oynadı. Sizcə, Qriqoqrçukdakı bu əminlik haradan qaynaqlanır?
- Mən necə futbolçularımıza inanıramsa, baş məşqçimiz də futbolçulara inanır, güvənir. “Dinamo” ilə evdə göstərdiyimiz xarakter göz qabağındaydı. Heç Tiflisdə də pis oynamamışqıd. Belqraddakı oyun isə heç alınmadı. Oyunöncəsi məşqdə oradaydım, uşaqlarda hər şey qaydasındaydı. Ola bilər “Çukariçki” sürətli futbol oynayırdı deyə alınmadı bizdə. Təyyarədə Belqrada uçanda onların “Domjal”e ilə oyunlarını izləyirdim, düşünürdüm biz minimum 2:0 qalib gələrik. Çünki komanda kimi bir oyun göstərmirdilər. AMma fərdi olaraq hər biri çox güclüdü. Dayanmırdılar, bütün oyunboyu qabağa, arxaya oynayırdılar. Bəlkə də biz buna hazır deyildik. Bu cür komandalara qarşı oynamamışıq. İndi məşqçimiz analiz edib rəqiib. Cavab oyununda həmin fərdi səhvləri buraxmamalıyıq. Üstəlik aarkeşlərimiz də bizə dəstək olacaq. Çox ümidliyik.
- “Neftçi” “Bakcell Arena”da keçirdiyi avrokubok matçlarında qalib gələ bilməyib. “Qəbələ” bu tilsimi qıra biləcək?
- Belə şeylərə inanmıram, fikir də vermirəm. Həmişə bəxt də güclünün tərəfində olur, unutmayaq. Ümid edirik ki, inşallah mərhələni keçən tərəf biz olacağıq.
Mərdan Həsənov