"Qəbələ" 'Çukariçki" səddini 2 qolla keçdi

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun komandası Bakıda Serbiyanın “Çukariçki” klubunu qəbul edəcək.

“Qırmızı-qaralar” səfərdə keçirilən ilk oyundakı məğlubiyyət (0:1) əvəzini çıxmağa çalışacaq.

Tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən komandamız növbəti mərhələyə yüksəlmək üçün mütləq qalib gəlməlidir.

Gürcüstan “Dinamo”su ilə oyunda məlum olaylar səbəbindən Qəbələ şəhər stadionu UEFA tərəfindən cəzalanıdırıldığı üçün  bugünkü görüş Bakıda 8-ci klometr qəsəbə stadionunda keçiriləcək.

23 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya) 2-0

Qollar: Sergey Zenyov, 39 (1:0), 53 (2:0)
İlk oyun: 0:1
Baş hakim: Radek Prjixoda (Çexiya)
Bakı. 8-ci klometr qəsəbə stadionu 
İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right