Bu gün Avropa Liqasında II təsnifat mərhələnə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub türnirində müabrizəni davam etdirən Bakının “İnter” klubu da növbəti matçına çıxacaq.
Təmsilçimiz öz meydanında İslandiyanın “Hafnarfyordur” klubu qəbul edəcək. Tarixində heç vaxt III təsnifat mərhələsinə vəsiqə qazana bilməyən “İnter” maliyyə problemlərinin mövcud olduğu bir dövrdə bu uğura çox yaxındır.
Səfərdə keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən “İnter”in növbəti mərhələyə yüksəlmək üçün yaxşı imkanı var.
Qeyd edək ki, komandamız növbəti mərhələyə yüksəls, İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.
23 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) - 2:2
Qollar: Abbas Hüseynov, 45+1 (1:0), Valdimarsson, 47 (1:1), Finnboqason (1:2), Rauf Əliyev, 91 (2:2)
Qırmızı vərəqə: Kristian Floki Finboqason, 55 ("Hafnarfyordur")
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. “İnter Arena” stadionu
İlk oyun – 2:1
“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirhüseyn Seyidov (Polyak,72), Fuad Bayramov, Rauf Əliyev, Diaqo Martins (Mirsayib Abbasov, 55)
Ehtiyat oyunçular: Giorgi Lomaya, Denis Silva, İlkin Qırtımov, İlkin Sadiqov, Abdullayev
"Hafnarfyordur": Kristian Finnboqason, Tillen (Bödvarsson, 78), Petur Vidarsson, Doumbia, Hendriks, Palsson, Valdirmarsson, David Vidarsson (k), Bjarni Vidarsson(Kristian Floki Finboqason, 38), Servi, Qudnason
Ehtiyat oyunçular: Thorirson, Yonsson, Qudmundsson,