"Bizi çətin oyun gözləyir"– "Çukariçki"nin kapitanı

“13-14 il əvvəl Azərbaycanda olmuşam. İndi tam fərqli Azərbaycan gördüm. Ölkəniz çox dəyişib".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Çukariçki"nin kapitanı İqor Matiç Avropa Liqasınıni ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab qarşılaşması öncəsi deyib.

O,  sabah tam fərqli bir oyun olacağını vurğulayıb:

"Rəqibin heyətində səviyyəli legionerlər var. Bizi Belqraddakından daha çətin oyun gözləyir. Buna rəğmən üstünlüyümüz göz qabağındadır. İlk matçda 1:0 hesablı qələbə qazanmışıq. Sabah da qələbə qazanacağımız gözlənilir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right