Qudyonsson: "Ümid edirəm ki, "Neftçi" ilə oyunlardakı aqibətlə üzləşməyəcəyik"

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "İnter"lə Bakıda baş tutacaq cavab qarşılaşması öncəsi İslandiya "Hafnrafyordur"unun baş məşqçisi Heymir Qudyonsson mətbuat konfransı keçirib.
 
Newsport.az-ın məlumatına görə, islandiyalı mütəxəssis havanın komandasının oyununa təsir etməyəcəyini bildirib.
 
- İslandiyadakı oyundan sonra bizə çətin olacaq. Bildiyiniz kimi, qapıçımız meydandan qovuldu və qol buraxdıq. Bundan sonra işimizi çətinə saldıq. Üstəlik sabah topla yaxşı rəftar etməyi bacaran "İnter"in tərəfində "doğma divarlar" da olacaq. Buna baxmayaraq, bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışacağıq.

- Amma məşqdə futbolçularınızın əhval-ruhiyyəsi olduqca yüksək idi...
- Maraqlı oyun gözləyirəm. Sabah qalib gəlsək "Atletik" kimi komandaya rəqib olacağıq. Buna görə də yetirmələrim bacardıqlarının ən yaxşısını ortaya qoymağa çalışacaqlar. Biz optimist olmalıyıq.

- "Neftçi" artıq "Hafnarfyordur" səddini bir dəfə keçib. Özü də səfərdə 2:1 qalib gələrək. Düşünmürsünüz ki, tarix təkrarlanacaq?
- Həmin görüşdə futbolçu kimi iştirak etmişəm.
Ümid edirəm ki, "Neftçi"yə uduzduğumuz kimi, "İnter" səddinə də ilişməyəcəyik.
- Havanın isti olması oyununuza təsir göstərməyəcək?
- Görüşün saat 21:00-da başlaması lehimizə olan amildi. Çünki həmin vaxt artıq hərarət bir qədər aşağı düşür.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right