Əvvəl Qriqorçuk, sonra Miloyeviç

Sabah UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Serbiyanın "Çukariçki" komandasını qəbul edəcək.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə 8-ci klometr qəsəbə stadionunda baş  tutacaq "Qəbələ"-"Çukariçki" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı bu gün saat 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə "Çukariçki"nin çalışdırıcısı Vladan Miloyeviç media nümayəndələrinin suallarını cavablandıracaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right