"Qəbələ" və "İnter"in ev oyunlarını idarə edəcək hakimlər bəlli oldu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmalarında iştirak edəcək Azərbaycan klublarının oyunlarına hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, rəqiblərini Bakıda qəbul edəcək “Qəbələ” və “İnter”in oyunlarına uyğun olaraq çexiyalı və ukraynalı hakimlər təyin olunub.

“Çukariçki”ni qəbul edəcək “Qəbələ”nin oyununu Radek Prjixoda idarə edəcək. Ona həmyerliləri İvo Nadvornik və Yakub Qrabovski kömək edəcəklər.

“İnter”in “Hafnarfyordur”la matçında isə ukraynalı Yaroslav Kozık əsas söz sahibi olacaq. Baş hakimə Semyon Şlonçak və İqor Alyoxin yardımçı olacaqlar.

 Hər iki qarşılaşma iyulun 23-də saat 21:00-da Bakıda baş tutacaq. 

23 iyul

Avropa Liqası, II təsnifat mərhələsi, cavab görüşü


21:00. "Qəbələ" (AZƏRBAYCAN) - "Çukariçki" (Serbiya)
 

Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

 

 

21:00. "İnter" (Bakı, AZƏRBAYCA) - "Hafnarfyordur" (İslandiya)

 

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin 

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna) 

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya) 

UEFA nümayəndəsi: Artur Qaydels (Litva)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right