Rəşad Sadıqov 60-ı keçdi

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün "Rudar"la (0:0) qarşılaşma avrokuboklarda yubiley oyunu olub.

Newsport.az-ın məlumatına görə, Sadıqov bu oyunda 60-cı oyununa çıxıb. Sadıqov 50 oyun həddini arxada qoyan ilk azərbaycanlı futbolçu kimi də tarixə düşüb. O, bu oyunların 55-ni Azərbaycan, 5-ni isə Türkiyə klublarının heyətində keçirib.

60 avrokubok matçına üç klubun heyətində çıxan müdafiəçi bunlardan 37-ni "Qarabağ", 18-ni "Neftçi", 5-ni isə "Kayserispor"un formasında reallaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right